Logo

"ATƏT-in Minsk Qrupunun mandatı itdiyi üçün etibarsız sayılır" - Politoloq

"ATƏT-in Minsk Qrupunun mandatı itdiyi üçün etibarsız sayılır" - Politoloq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"ATƏT-in Minsk Qrupunun vəzifəsi nə idi? Vasitəçilik. Bəs missiyası? Tənzimləmə qrupu kimi münaqişənin sülh yolu ilə beynəlxalq hüquq normaları əsasında həllinə nail olmaq. Nəticə nə oldu? Azərbaycan öz milli gücüylə, hərbi-siyasi yolla münaqişənin həllinə nail oldu”.

Sfera.az xəbər verir ki, bu sözləri politoloq Nurlan Qələndərli deyib.

Politoloqun sözlərinə görə, "münaqişənin hərbi həlli yoxdur" deyənlərin, işğalçı ilə işğala məruz qalanı eyniləşdirənlərin siyasəti iflasa uğradı:

"Postmünaqişə mərhələsində isə zaman-zaman canlanma görüntüsü yaradan Minsk Qrupunun keçmiş missiyasına uyğun fəaliyyətinə ehtiyac - lüzum yoxdur. Əgər həmsədrlər yeni mərhələdə öz fəaliyyətlərinə dair yeni təklif və təşəbbüslərlə gələ bilmirlərsə, yeganə seçim var: ya "Vaşinqton Post", ya "Le Fiqaro", ya da "Rossiyskaya qazeta"da siyasi elan versinlər”.

Turan Rzayev

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR