Logo

Putinlə Ərdoğan Soçi görüşündə bu mövzularda ortaq qərara gəliblər - Aleksandr Duqin AÇIQLADI

Putinlə Ərdoğan Soçi görüşündə bu mövzularda ortaq qərara gəliblər - Aleksandr Duqin AÇIQLADI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan və Rusiya prezidenti Putinin Soçi görüşü ilə bağlı detallar bəlli olub.

Sfera.az bildirir ki, bu barədə Putinin müşaviri və Beynəlxalq Avrasiya Hərəkatının rəhbəri Aleksandr Duqin açıqlama verib.  O, 29 sentyabrda gerçəkləşən görüşün tarixi önəmə sahib olduğunu vurğulayıb. "Bu zirvədə hər iki ölkə rəhbərləri qırmızı xətlərini və yeni bir dünya üçün yol xəritəsini cızdılar”, deyə qeyd edən Duqin görüşün bölgədəki hadisələrə təsir edəcəyini də deyib.

Onun sözlərinə görə, həmin gün Ərdoğan və Putin kürd xəritəsindən tutmuş Krıma, Əfqanıstandan Liviyaya, Qafqaz ölkələrindən Suriyaya qədər bütün sahələrlə bağlı söhbətləşib və başda İdlib olmaqla, bir çox mövzuda ortaq qərara gəliblər.

"Rusiyanın Krım məsələsində güzəştə getmək ehtimalı yoxdur. Krımı öz torpağı kimi görür. Bizim Ukrayna ilə münasibətlərimiz eynilə Türkiyənin Yunanıstanda olan problemlərinə bənzəyir. Necə ki, yunan-türk mövzusunda Türkiyəyə qarışmırıq, eləcə də Türkiyə Ukrayna ilə olan mübahisələrdə tərəf tutmamalıdır. Əgər Türkiyə Krım məsələsində iddiasından imtina edərsə, Rusiya da Şimali Kipr (Kıbrıs) Türkiyə Cümhuriyyətini qanuni dövlət olaraq tanıyar”, - deyə Aleksandr Duqin əlavə edib.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR