Logo

“Öldürülən qadını günahkar çıxarmalı deyilik, amma...” - Psixoloq qatil polis olayından danışdı

“Öldürülən qadını günahkar çıxarmalı deyilik, amma...” - Psixoloq qatil polis olayından danışdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bir neçə gün öncə polis əməkdaşının Polis Şöbəsində, həm də azyaşlı övladının gözü qarşısında həyat yoldaşını öldürməsi ölkə gündəmində geniş müzakirə obyektinə çevrilib.

Baş verən hadisəni - qısqanclıq, psixoloji gərginlik, polis əməkdaşlarının yoxlanılmadan işə götürülməsi və.s bu kimi amillərlə əlaqələndirənlər az deyil.

Maraqlıdır, cinayəti törədən polisi bu addımı atmağa vadar edən psixoloji faktor nə ola bilərdi?

Mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Aytən Ələkbərova polis işçisinin cinayət törətməsinin anlıq reaksiya olmadığını, bu prosesin baş verməsi üçün uzun zaman lazım olduğunu söyləyib:

"Hər birimiz gündəlik həyatımızda hansısa məsələyə əsəbləşir, başqalarına da mənfi təsir göstəririk. Assemik vəziyətdə baş verən hadisələr əsəblərimizin asanlıqla pozulmasına gətirib çıxarır. Bu əsəb zamanla kinə çevrilir. Polisin xanımını öldürməsi bir günün içində anidən verilən qərar olmayıb, ortada uzun zaman anlayışı var. Hər bir hərbçinin, polisin xanımı bilməlidir ki, onların günlük həyatı əsəb və stresdən ibarətdir. Ona görə də polis və hərbçilərlə ən azı iki aydan bir iki-üç günlük psixoloji seanslar təşkil edilməlidir. Cinayəti törədən polisin ətrafında olan şəxslər, hətta xanımı belə onun bir neçə gündür, aqressiya ilə dolu olduğunu görməli, ona kömək əlini uzatmalı idi".

Psixoloq cinayəti törədən polisin psixoloji cəhətdən ciddi sarsıldığını deyib. A.Ələkbərova insanların zamanında psixoloqa müraciət etməli olduğunu qeyd edib:

"Zorakılığa ilkin səbəb psixi zorakılıqdır. Psixi zorakılıqa yersiz qısqanclıqlar, maddi məsələlərlə bağlı narazılıqlar aiddir. Təəssüf ki, xanımların bəziləri həyat yoldaşlarının işdə yaşadığı stressi anlamağa çalışmır. Düzdür, biz öldürülən qadını günahkar çıxarmalı deyilik. Amma onu da deyək ki, cinayəti törədən şəxs də vicdan əzabı çəkir. Həmin polis cinayətkar olmaqla, kariyerasını sonlandırmaqla həyatını məhv etdi.

Gün keçdikcə ən kiçik problemlər insanı yükləyir və bu zamanla ağır nəticələrə səbəb olur. Bu baxımdan mümkün qədər əsəbləri qorumaq, əsəbi vaxtlarda həmin əsəbi orqanizmdən çıxarmaq lazımdır. Əks halda əsəbin hansısa orqana zərər vurmasına, yaxud da bu cür cinayətlərə şahid olacağıq. İnsanlar psixi durumunu düzəltmək üçün mütləq şəkildə psixoloqlara müraciət etməlidir. Əks halda bu gün psixoloq yanında ağlamayan insan, sabah psixiatr yanında gülünc vəziyyətə düşəcək, yaxud cinayətkar olacaq".

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR