Azərbaycanda məktəb yaşının aşağı endirilməsi təklif edilir
Kateqoriya məlum deyil
"Düşünürəm ki, qarşımızda duran çağırışlardan biri uşaqların məktəbə başlama yaşıdır. Zənnimcə, hələ də gecdir, çünki 6 yaşda başlayırıq".
Sfera.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bildirib.
"Məktəbə başlama yaşının azaldılmasına çalışmalıyıq ki, uşaqlar mümkün qədər erkən yaşlarında öyrənməyə başlasınlar", - nazir deyib.






