“Məhkəmə hakimlərinə çox sərbəstlik verilib, belə olmaz” – Razi Nurullayev
Kateqoriya məlum deyil
"Biz məhkəmələr və hakimlər haqqında qanuna dəyişiklik etməliyik”.
Sfera.az xəbər verir ki, bunu deputat Razin Nurullayev deyib. Onun sözlərinə görə, Azərbaycanda məhkəmə və hakimlərə həddən artıq sərbəstlik verilib:
"Onlara sərbəstlik verilir ki, ədalətli qərarlar çıxarsınlar. Lakin bir çox hallarda onlar bundan sui-istifadə edir. Növbəti çıxışımda mən həmin şəxslərin adını da çəkəcəm. Məhkəmələrin ədalətinə inamımız yoxdur deyə, hakimə məktub göndərib deyirik ki, işə ədalətli baxın. Bunu doğru saymıram. Məhkəməyə verilən sərbəstlik geri götürülməlidir. Əks halda narazılıqlar artacaq”.
Əzizə Zeynal





