Logo

“Nədənsə Avropa rəsmi Bakıdan Ermənistana xoş jest gözləyir, halbuki...” – Qabil Hüseynli

“Nədənsə Avropa rəsmi Bakıdan Ermənistana xoş jest gözləyir, halbuki...” – Qabil Hüseynli
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"France-24” televizya kanalının jurnalistinin Prezident İlham Əliyevə ünvanladığı "xoşməramlı jest kimi hərbi əsirləri Ermənistanla mübadilə etməyə hazırsınızmı?” sual məqsədli və provokativ sualdır. Mahiyyət etibarilə bu gün Avropada yaxşı bilirlər ki, Azərbaycanda Ermənistana məxsus hərbi əsir yoxdur. Həbs edilən şəxslər birmənalı olaraq diversantdır”.

Bu sözləri Sfera.az-a açıqlamasında politoloq Qabil Hüseynli sentyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransanın "France-24” televiziya kanalına müsahibəsini şərh edərkən deyib.

Onun sözlərinə görə, ilk dəfə deyil ki, Prezident İlham Əliyev Qərb mediasına müsahibə verir və bu kimi təxribat xarakterli sualları cavablayır:

"Ermənilər hələ 19-cu əsrdən etibarən Qərb media qurumlarına sızaraq maliyyə hesabına onlara təsir edir, öz kampaniyaları üçün istifadə edirlər. Bu gün də biz bu ənənənin davam edildiyini görürük. Prezident İlham Əliyevin Fransanın "France-24” televiziya kanalına müsahibəsi zamanı jurnalistin israrla mövzunu Azərbaycanda saxlanılan diversantlara gətirməsi və yenə israrla onları "hərbi əsir” adlandırması bunu sübut edir.

Məsələ ondadır ki, niyəsə hər kəs rəsmi Bakıdan İrəvana xoşməramlı addım gözləyir. Halbuki Birinci Qarabağ müharibəsi zamanı heç kəs bunu Ermənistandan tələb etmirdi".

Turan Rzayev

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR