Logo

Kosobokov Anakşin - Həsənov görüşündə niyə iştirak etmədi? – Şərh

Kosobokov Anakşin - Həsənov görüşündə niyə iştirak etmədi? – Şərh
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Müdafiə naziri Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının yeni komandanı Gennadi Anakşini qəbul edib. Anakşinin təqdimat mərasimində Rüstəm Muradovun iştirak etməsinə rəğmən Qarabağda cəmi iki həftə xidmət keçdikdən sonra geri çağırılmış Mixail Kosobokovun görünməməsi diqqət çəkib. Xatırladaq ki, Kosobokovun yeni komandanın İrəvandakı təqdimetmə mərasimində iştirak etmişdi. Bu isə onun geri çağırılmasında Azərbaycanın tələbinin rol oynadığı fikrini gücləndirir”.

Bu sözləri Sfera.az-a politoloq Asif Nərimanlı Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Rusiya sülhməramlı qüvvələrinin yeni komandanı general-leytenant Gennadi Anaşkin ilə görüşünü şərh edərkən deyib.

Politoloq sözlərinə görə, ötən həftə Rüstəm Muradov general-leytenant Gennadi Anaşkini İrəvanda təqdim edərkən, general-mayor Mixail Kosobokov da  Ermənistan müdafiə naziri Arşak Karapetyan ilə görüşüb:

"M.Kosobokov bölgəyə gələn kimi Rusiya sülhməramlılarının indiyə qədər qeyri-adekvat fəaliyyətini daha açıq müstəviyə keçirdi. Misal üçün, xəritə üzərində sülhməramlıların nəzarət bölgələrini genişləndirdi, Laçın dəhlizini genişləndirmək istədiyinə dair məlumatlar var idi və s. Kosobokovun bölgədə olduğu vaxt diqqətçəkən hadisələrdən biri Azərbaycan əsgərinin Xocavəndin Cütcü kəndi istiqamətində 1200 metr irəliləməsi, danışıqlardan sonra geri çəkilməsi idi. İstisna deyil ki, bu irəliləmə məhz Kosobokovun (ümumilikdə Rusiyanın) təxribatlarına cavab idi və orduya tapşırıqda möhkəmlənmək yox, "əzələ nümayişi” göstərməklə bağlı olub. Bu hadisədən bir neçə gün sonra Kosobokovun Qarabağda cəmi iki həftə çəkən fəaliyyətinə son qoyuldu”.

Politoloqun sözlərinə görə, Anakşinin təyin olunması ilə sülhməramlılarının xəritəsində edilən dəyişikliklər də Bakının tələbinin Moskva tərəfindən nəzərə alındığının nümunəsi hesab oluna bilər:

"Təbii ki, Rusiyanın geriçəkilməsi Bakı-Moskva xəttində anlaşılmazlıqların aradan qaldırılması ilə bağlıdır: İlham Əliyevin Rusiya və Türkiyə mediasına müsahibələrindən bu nəticəni çıxarmaq olar. Bu proseslər fonunda Anakşvinin təqdimatı zamanı Kosobokovun görüşdə olmaması da, Bakının onu qəbul etmək istəmədiyindən irəli gəlir. Bu, Bakının Qarabağda adekvat addımlar atması baxımından müsbət məqamdır”.

Turan Rzayev

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR