Logo

Koronavirusun yayılması ilə bağlı son iddia - hava ilə peyvəndləmə...

Koronavirusun yayılması ilə bağlı son iddia - hava ilə peyvəndləmə...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Koronavirus pandemiyasının mənşəyi ilə bağlı mübahisələr səngimir. Çin alimlərinin virusu qəsdən yaymaları haqda iddialar isə artmaqdadır.

Sfera.az xəbər verir ki, Drastic qrupu Çinli tədqiqatçıların pandemiyadan bir il əvvəl koronavirusları yarasalara buraxmaq üçün qrant təklifi verdiklərini açıqlayıb.

2018-ci ildə - epidemiyadan tam bir il əvvəl çinli elm adamlarının mağara yarasalarına dəriyə nüfuz edən nanohissəciklərin buraxılması üçün qrantlar təqdim etdiyi iddia edilirdi.

SİÇANLARA VİRUSUN ÖTÜRÜLMƏSİ

2018-ci ildə ABŞ Müdafiə Nazirliyinin perspektivli layihələri araşdırma idarəsinə (DARPA) təqdim edilən bir qrant təklifi Vuhan Virologiya İnstitutu tərəfindən toplanan ölümcül kimerik yarasa koronaviruslarının "batifikasiya edilmiş" siçanlara vurulmasını təklif edir.

HAVA VASİTƏSİLƏ PEYVƏND XƏBƏRDARLIĞI

Qrup, "DEFUSE" adlandırılan təklifin tam maliyyələşdirilməsi üçün rədd edildiyini, lakin qismən maliyyələşdirmə üçün qapının açıq qaldığını söyləyib. Təklifdən imtinaya səbəb isə virusun daha çox yayıla bilmə ehtimalı olub.

Ümumdünya Səhiyyə Təşkilatının koronavirus pandemiyasının mənşəyi ilə bağlı apardığı araşdırmalar bu günə qədər heç bir nəzəriyyəni istisna etməyib. Fevral ayında ÜST və Çinli mütəxəssislər qrupu, Vuhan Virologiya İnstitutunda baş verən laboratoriya hadisəsi nəticəsində virusun insan populyasiyasına nüfuz etməsinin "son dərəcə aşağı" olduğunu söyləsə də, ÜST bütün fərziyyələrin hələ də qüvvədə olduğunu bildirib.

Əzizə Zeynal

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR