“Navalnının yanvarda Rusiyaya qayıtması səhv idi” – Rusiyada seçkilər necə keçdi?
"Aleksey Navalnının yanvarda Rusiyaya qayıtmasının nə qədər səhv olduğu bir daha öz təsdiqini tapdı. Kim onu qaza gətirib məhz yanvarda ölkəyə gəlməsini təmin etdisə, tam Kremlin əlinə oynadı. Navalnı iyun-iyul ayıarında, yəni seçkilərə 2-3 ay qalmış gəlsəydi, tamam başqa bir vəziyyət yarana bilərdi”.
Sfera.az xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Dövlət Dumasına keçirilən seçkinin nəticələrini .ərh edərkən REAL partiyasının icra katibi Natiq Cəfərli deyib:
"Rusiya cəmiyyətində "liberalizm” mümkün deyil, xalq bu dəyərləri istəmir, görmür, bəyənmir. Rusiya tipik "sol”, hətta ifrat "sol” toplumdur – seçkiyə gedən bütün partiyalar (bir tək "Yabloko”-dan başqa, o da 1% səs yığdı) sol, etatist, "ura-patriotik” şüarlarla getdi. Hakim partiya, kommunistlər, sosialistlər, hətta Jironovski də seçkilərdə eyni şüarlarla, bənzər yanaşma ilə, anti-liberal gündəmlə təbliğat apardılar. Nə qədər qəribə səslənsə də məhz "Edinaya Rossiya” daha iqtisadi liberal tezislərlə seçkilərə getdi, digərləri "nyu-bolşevizm”, iqtisadiyyatın milliləşdirməsi, daha militarist və aqressiv gündəliklə seçkilərə qatıldılar”.
Ekspert Kremlin Qərblə qarşıdurmadan gözəl istifadə etməyi bacardığını diqqətə çatdırıb. N.Cəfərli Qərbin 2008-ci ildən bu yana olan siyasətinin Putinin daha da güclənməsinə gətirib-çıxardığını bildirib:
"Rusiya cəmiyyətindən və toplumundan "liberal gündəliyi” dəstəkləməyi gözləmək doğru deyil, cəmiyyət kifayət qədər konservativ, militarist və "soldur” – bu gün Putin rejimi cəmiyyətin və toplumun böyük hissəsinin gözləntilərinə tam cavab verir, təəssüf ki, bu faktdır. Rusiyada dünən baş tutan seçkinin ən böyük nəticələrindən biri də odur ki, heç bir ciddi siyasi qüvvə "boykot” kimi mənasız, məzmunsuz, effektsiz, istənilən avtoritar rejimdə ancaq hakimiyyətlərə sərf edən yola, yanaşmaya getmədi, belə çağırışlar olmadı. Hətta zindanda olan Navalnı belə boykota çağırış etmədi, tam tərsinə, vətəndaşları seçkilərdə aktiv iştiraka səslədi, "ağıllı səsvermə” taktikasını elan etdi".
Xatırladaq ki, sentyabrın 17-19-u aralığında keçirilən seçkilərdə siyasi partiyalar proporsional qaydada iştirak ediblər.Əzizə Zeynal
Sfera.az





