Logo

“Türkiyənin bu regionlarda güclənməsinin səbəbi...” – Amerikalı politoloq

“Türkiyənin bu regionlarda güclənməsinin səbəbi...” – Amerikalı politoloq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Türkiyə dünyanın bir çox regionunda vacib rola malikdir. Bu mənada Türkiyənin çoxqütblü qlobal sistemdə daha da əhəmiyyətli ölkə olacağına şübhə etmirəm”.

Sfera.az xəbər verir ki, bu sözləri ABŞ-ın Prinkton Universitetinin professoru, siyasi şərhçi Maykl Reynolds deyib.

O bildirib ki, Türkiyə olduqca həssas bir coğrafiyada yerləşir:

"Balkan yarımadasının bir hissəsi, Avropa, Qara dəniz bölgəsi, Qafqaz və Yaxın Şərq Türkiyəni hər zaman vacib bir faktora çevirir. Bu ərazilər son 10 ildə sabitlik üçün bir çox təhdidlə üzləşən bölgələrdir”.

Politoloqun sözlərinə görə, Türkiyəni önəmli edən başlıca faktor onun ətrafındakı bütün regionlar ilə mədəni topluluqlarla əlaqələrinin olmasıdır:

"Məncə, coğrafi mövqeyi ilə yanaşı, mədəni əlaqlələrdə öz sözünü deyir. İstər Avropa olsun, istər Qafqaz, istərsə də Avrasiya - Türkiyə bu bölgələrin heç birinə yad deyil”.

Turan Rzayev

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR