Ermənistan Rusiyanı BAĞIŞLAYA BİLMİR: “Kremlə arxadan zərbə olacaq”
"Kremlin birmənalı olaraq bizə tərəf meyllənməsi, Rusiyanın Ermənistanla Cənubi və Şimali Qafqazdan, hətta "barıt çəlləyi” olan Tatarıstandan getməsi deməkdir. Kreml hələlik buna hazır deyil”.
Sfera.az bildirir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib. O, son illərdə Rusiyanın intensiv silahlandırdığı Ermənistanın tez-gec Kremldən qopacağını bildirib:
"İrəvan 30 il ərzində əldə etdiklərini 44 gündə itirməsini və bu müddətdə Moskvanın strateji tərəfdaş kimi susqun qalmasını Kremlə bağışlamayıb. Kremlə arxadan zərbə mütləq olacaq. Paşinyanın təkrar səs toplaması da ermənilərin müharibəni inkar etməsi, Nikolun Qərbə yönəlməsinə dəstək verməsi anlamına gəlir. Sadəcə indi Ermənistana Rusiyadan başqa kimsə silah və ya silah almağa vəsait vermir. Bunun alternativini tapan kimi, İrəvan Kremlə maraqlı fokuslar göstərəcək, ən azından Qərb "sahilinə” tərəf üzəcək”.
Ekspert qeyd edib ki, Qarabağ münaqişəsi geridə qalsa da, o, hərbi-etnik münaqişələr kateqoriyasına aiddir:
"Dünyada isə heç bir dövlət - Çin, Hindistan, Pakistan, Böyük Britaniya, İspaniya, Fransa, İsrail və s. kimi ölkələr bu tip münaqişələrin onilliklər ərzində birmənalı həllinə nail ola bilməyib. Burada biz adı çəkilən dövlətlərlə müqayisədə, daha əlverişli vəziyyətdəyik. Əlimizdə imzalı Birgə Bəyanat, önümüzdə isə zəif, əzilmiş, alçaldılmış və əldən düşmüş bir Ermənistan var. Qarabağ məsələsində Azərbaycanla müqayisədə demək olar ki, yalnız qalan Ermənistanın belə bir potensial ilə uzun müddət dirənməsi real görünmür.
Ən azından 25 min erməni, 10 milyonluq Azərbaycan daxilində katalizator rolunu oynaya bilməz. Bunu Ermənistan da, digər əlaqəli ölkələr və təşkilatlar yaxşı anlayır. Bir kənd qədər əhali yaşayan əraziyə "müstəqillik” verilməsinə isə dünya praktikasında rast gəlinmir”.
Günay Rəsulqızı
Sfera.az






