Logo

Rusiya "Taliban"ın nəzarətindəki ərazilərə turist səfəri təşkil edir - 10 günü 2915 manata...

Rusiya "Taliban"ın nəzarətindəki ərazilərə turist səfəri təşkil edir - 10 günü 2915 manata...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Rusiyadakı turizm şirkətlərindən biri Əfqanıstana "Taliban turu" təşkil etməyə başlayır. 

Sfera.az xəbər verir ki, şirkət Rusiyadan "Taliban"ın nəzarətində olan  Əfqanıstana 10 günlük turist səfərinin dəyərinin 2915 manat olacağını açıqlayıb.

Tur rəhbəri "Moskovski Komsomol" qəzetinə açıqlamasında bu turun müştərilər tərəfindən gələn istəklər nəticəsində təşkil edildiyini bildirib:

"Tətilini Əfqanıstanda keçirmək istəyən vətəndaşlarımızın müraciətindən sonra araşdırma etməyə başladıq. Oraya birbaşa uçuş olmadığı üçün ilk transfer İstanbul hava limanına olacaq. 35 saat sonra turistlər Əfqanıstanda ola biləcək".

Turizm şirkəti turun yalnız "Taliban"ın nəzarət etdiyi bölgəyə təşkil ediləcəyini qeyd edib.

Əzizə Zeynal

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR