Ermənistan KTMT-nı Azərbaycan əleyhinə çevirə bilərmi? - Açıqlama
Kateqoriya məlum deyil
"Qurumdakı qərarlar, atılan addımlar üzv ölkələrlə də razılaşdırılır. Həlledici sözü isə Rusiya deyir. Digər tərəfdən, İrəvan Belarus, Qazaxıstan və Qırğızıstanı Azərbaycan əleyhinə yənələn məsələlərdə razı sala bilməz. İrəvan müəyyən bəyanatlar qəbul edilməsinə nail ola bilər. Amma təşkilatı bütövlükdə Azərbaycana qarşı çevirə bilməyəcək. Orada Ermənistandan daha çox, Azərbaycana hörmət edirlər”.
Bu sözləri Sfera.az-a açıqlamasında sentyabrın 16-dan başlayaraq KTMT-yə sədrliyin Ermənistana keçməsi fonunda qurumun Azərbaycana yönəlik hərəkətində neqativə doğru addımların olub-olmayacağına aydınlıq gətirərkən, politoloq Qabil Hüseynli deyib:
"KTMT-də faktiki olaraq hakim mövqe Rusiyaya məxsusdur. Ermənistan bir müddət burada sədrlik etsə də, qurumun Birləşmiş Ordular Qərargahının rəisi hər zaman Rusiyadan seçilir. Təşkilatın müdafiə strukturları bütünlüklə Rusiya nümayəndəsi olan Baş Qərargah rəisinə tabedir. Hər hansı bir təklifin hazırlanması Moskvanın razılığı olmadan həyata keçməz”.Elçin






