Dövlət Dumasına seçkilər Rusiyanı dəyişəcək? – Politoloqdan açıqlama
"Bu dəfə Dumada 4 deyil, 6-7 siyasi partiya təmsil olunacaq”.
Bu sözləri Sfera.az-a açıqlamasında Dövlət Dumasına keçirilən seçkilərdən sonra Rusiyanın siyasi mənzərəsinin necə olacağına aydınlıq gətirərkən, politoloq Əlimusa İbrahimov deyib:
"Yeni parlamentdə yeni qüvvələrin təmsil olunma ehtimalı böyükdür. Hesab edirəm ki, növbəti parlamentdə 4 deyil, 6-7 siyasi təşkilat yer alacaq. Hakim partiya yenə də öz mövqeyini qoruyub saxlayacaq. Liberal-demokratların mövqeyi əvvəlkinə nisbətən zəifləyəcək. Belədə Dumada müəyyən qədər rəngarənglik yaranacaq. Amma ciddi müxalifətin Dumada təmsil olunacağına inanmıram. Çünki, Rusiyanın götürdüyü kurs bunu diktə edir”.
Həmsöhbətimiz düşünür ki, seçkilərədn sonra formalaşacaq Dumada xarici siyasət sahəsində fəaliyyət göstərən, ölkənin qarşılaşdığı problemlərin həllində öz sözünü deyə biləcək şəxslər daha çox olacaq:
"Bu seçkilər Rusiya üçün çox gərgin dövrə təsadüf edir. ABŞ, Avropa Birliyi hər tərəfdən Rusiyanın üzərinə gəlir. Qərb Rusiyaya sanksiyalar tətbiq etməklə onu sıxmağa çalışır. Belə bir vəziyyətdə Rusiya parlament seçkilərinə gedir. Bu günə qədər xarici siyasətin əsas yükü prezident Vladimir Putinin üzərinə düşürdü. Ancaq indi hiss olunur ki, Putin bu yükü artıq digərlərilə bölüşmək istəyir”.Elçin






