“Hazırda məktəb şagirdlər üçün vaxt itkisindən başqa bir şey deyil” - Ekspert
Kateqoriya məlum deyil
"Azərbaycan təhsili, məktəbi repetitor və hazırlıq kursları qarşısında məhv olub, ölüb".
Sfera.az bildirir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, bu gün həlledici rol repetitor və hazırlıq kurslarına məxsusdur. Ekspert bunu dəhşətli tendensiya adlandırıb:
"Mütləq şəkildə qəbul imtahanları sadələşdirilməlidir. Ən yaxşı halda, qəbul imtahanında yanlız 10 və 11 ci sinif dərsliklərindən istifadə olunmalıdır ki, şagirdlər az kitab oxuyub özləri fərdi qaydada hazırlaşsın. Yazıq abituriyentlər 6, 7 fəndən hazırlığa gedir, pul ödəyir, vaxt itirir".
K.Əsədov ölkənin kölgə təhsilindən xilas olmalı olduğunu vurğulayıb:
"Məktəb şagirdlər üçün hazırda vaxt itkisindən başqa bir şey deyil”.
Günay Rəsulqızı
SFera.az






