Senator AÇIQLADI: ABŞ Əfqanıstana geri qayıdacaq
Kateqoriya məlum deyil
"ABŞ yaxın gələcəkdə Əfqanıstana geri dönə bilər”.
Sfera.az bildirir ki, bunu respublikaçı senator Lindsey Graham deyib. Onun sözlərinə görə, ABŞ prezidenti Co Bayden Əfqanıstandan geri çəkilməklə bağlı bütün tövsiyələri qulaqardına vurub.
"Axır-əvvəl geri dönmək məcburiyyətindəyik, çünki terror təhdidi böyüyəcək. Bu bölgə ekstremist qruplar üçün cəlbedicidir. "Əl-Qaidə” terrorçuları buranı sığınacağa çevirə bilərlər. İraq və Suriyaya qayıtdığımız kimi Əfqanıstana da qayıdacağıq. Başqa şansımız yoxdur”, - deyə senator vurğulayıb.
Günay Rəsulqızı
Sfera.az






