Logo

"Delta ştammı"na görə ağır vəziyyətdə olan uşaqlar var" - Həkim

"Delta ştammı"na görə ağır vəziyyətdə olan uşaqlar var" - Həkim
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
""Tez bir zamanda bəşəriyyətin 60-70 faizi koronavirusa yoluxacaq", "Filan preparat virusu öldürür", "Yayda bitəcək”, "Dünya iqtisadiyyatı çökəcək" və s.  Bu proqnozlar pandemiyanın ilk aylarından bu günə qədər davam edir. Hansı biri özünü doğruldub?”.

Sfera.az bildirir ki, bunu tanınmış həkim Vaqif Qarayev deyib. Mütəxəssis indi də beynəlxalq səhiyyə qurumlarının insanları təşvişə salan proqnozlar verdiyini xatırladıb:

"Bu günə virusdan qorunmağın yeganə yolu peyvənddir. Amma bu kampaniyanı da təkmilləşdirmək lazımdır. İnsanları poliklinikalara yığmaqla yoluxmanı artırırıq. Səyyar peyvənd məntəqələri yaratmaq, işçi sayı çox olan müəssisələrdə peyvəndləmə aparmaq olar”.

V.Qarayev həmçinin bildirib ki, "Delta” ştammı uşaqları da yoluxdurur və epizodik də olsa ağır vəziyyətdə olan uşaqlar var:

"Amma ümumilikdə uşaqlar yüngül keçirir. Uşaqları da eyni vasitələrlə qorumaq lazımdır - mümkün qədər açıq havada olsalar yaxşıdır. Məktəb başlayandan sonra yenə qapalı məkanlara keçəcəklər”.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR