"Taliban" ABŞ-ın 85 milyard dollarlıq hərbi inventarını ələ keçirib - VİDEO
Sfera.az xəbər verir ki, Bayden Hökumətinin "evakuasiya rüsvayçılığını" tənqid edən Cim Banks "Taliban” bu qədər irəliləməzdən əvvəl Əfqanıstanı tərk etməyən ABŞ-ın Kabil hava limanında alçaldıldığını, hərbi təchizatların geri alınmadığını və "Taliban" tərəfindən ələ keçirildiyini bəyan edib.
O, "Taliban”ın bu dövrdə 85 milyard dollarlıq ABŞ hərbi inventarını ələ keçirdiyini açıqlayıb:
"Taliban" ABŞ-dan 200-dən çox təyyarə və vertolyot, 75 mindən çox texniki vasitə, 600 mindən çox kiçik silah və tüfəng, külli miqdarda gecə görmə eynəkləri, bədən zirehləri, tibbi ləvazimatlar ələ keçirib".
O qeyd edib ki, "Taliban hazırda" dünya ölkələrinin 85%-dən çox "Black Hawk" helikopterlərinə sahibdir.
"Ən pisi isə odur ki, 20 illik Əfqanıstan müharibəsində ABŞ əməkdaşlarının barmaq izləri də daxil olmaqla, ABŞ-ın hərbi sirləri, biometrik cihazlar da ələ keçirilənlər arasındadır. Bu hökumətin bütün bunları geri almaq planı isə yoxdur", - deyə C.Banks vurğulayıb.
İnci
Sfera.az






