Logo

Əhali dollardan niyə imtina edir?

Əhali dollardan niyə imtina edir?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

2021-ci ilin aprelindən başlayaraq ötən 4 ay ərzində fiziki və hüquqi şəxslər tərəfindən nağd formada satılan dolların məbləği dollar alışından çox olub.

Sfera.az Mərkəzi Bankın məlumatlarına istinadən xəbər verir ki, 4 aylıq dövrdə satış 477,3 milyon dollar olduğu halda alış 381 milyon dollar təşkil edib.

Ötən il belə hala rast gəlinməyib.

Maliyyə bazarında mövcud olan vəziyyət göstərir ki, dollara tələb xeyli azalıb. May, iyun və iyul aylarında aylıq müqayisədə dollar alışı 100 milyondan az olub. Amma fiziki və hüquqi şəxslərin nağd şəkildə dollar satışı orta hesabla 100 milyonu keçib.

Qeyd edək ki, dollara tələbin zəif olması ilə əlaqədar Dövlət Neft Fondu nəzərdə tutduğu miqdarda dollar satışını həyata keçirə bilmir.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR