Logo

Pandemiya ilə mübarizədə hansı səvhləri etmişik? – Həkimdən açıqlama

Pandemiya ilə mübarizədə hansı səvhləri etmişik? – Həkimdən açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Bir neçə ay əvvəl "yalnız peyvənd çıxış yoludur və hər şey onunla bitəcək” deyən şəxslərin indi peyvəndin effektinin sadəcə 6 ay olduğunu deməsi insanların Azərbaycan səhiyyəsinə olan ölmüş inamının basdırılması deməkdir”.

Sfera.az bildirir ki, bunu Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev deyib.

Mütəxəssis qeyd edib ki, qarşıdakı aylarda bir çox ölkələrdə, o cümlədən də Azərbaycanda peyvənd alan insanlar arasında yoluxmalar maksimuma qalxacaq:

"Azərbaycanda isə vəziyyəti daha təhlükəli edən "Sinovac” peyvəndinin çoxluq təşkil etməsi olacaq. Digər ölkələrlə müqayisədə Azərbaycanda xəstəliyin əvvəlki şəkildə ağır keçmə riski daha böyükdür. Bu istiqamətdə əhalinin maarifləndirilməsi mütləq aparılmalıdır və səhiyyədə ciddi addımlar atılmalıdır.

Ölkəmizdə 3-cü dozanın önəmliliyi məsələsi artıq digər ölkələrdən ciddi fərqlənir. Burada ortaya qoyulacaq strategiya daha əvvəllər yüksək effektli peyvənddən istifadə edən və 3-cü doza ilə virusa qarşı kifayət qədər immunitet yaradacaq ölkələrdəki kimi olmamalıdır. Bu strategiyanın da əsasında bu gün "Sinovac”ın Azərbaycanda dəqiq nə qədər effektivlik göstərməsi durmalıdır”.

N.Abdullayevin sözlərinə görə, Amerikada və Böyük Britaniyada yayılan, hazırda "AY.3” delta variantı adlandırılan virus bütün məsələləri ciddi şəkildə qəlizləşdirir:

"Yoluxduruculuq əmsalı yüksək olduğu görünür. Ümumiyyətlə isə son günlər tanış olduğum elmi tədqiqatlar və müzakirələr onu deməyə əsas verir ki, Delta variantından da təhlükəli virus variantının olması mütləqdir və qaçılmazdır”.

Günay Rəsulqızı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR