Logo

Paşinyan sərhədə Rusiya hərbçilərini yerləşdirmək fikrindən niyə daşındı? - Açıqlama

Paşinyan sərhədə Rusiya hərbçilərini yerləşdirmək fikrindən niyə daşındı? - Açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Erməistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədə əvvəlcə "beynəlxalq müşahidəçiləri”, daha sonra Rusiya hərbçilərini gətirmək istəyirdi. İndi isə baş nazir erməni sərhədçilərin yerləşməsindən danışır.

Maraqlıdır, onun bu istəyi nəyə hesablanıb? Paşinyan Rusiyaya olan etibarsızlıqdan dolayı belə fikir səsləndirə bilərmi?

Məsələ ətrafında Sfera.az-a danışan politoloq Elman Vəliyev Nikol Paşinyanın sərhəddə Rusiya qüvvələrinin yerləşdirilməsinin xüsusi planlaşdırılmış strategiya olduğunu bildirib:

"Paşinyan ilk olaraq sərhəddə "beynəlxalq müşahidəçilərin" yerləşdirilməsini dilə gətirdi. Ümumilikdə o, 10 Noyabr atəşkəsindən sonra yaranan gərginliyi ATƏT-in Minsk qrupu vasitəsilə azaltmağın tərəfdarı olduğunu deyib. Paşinyan bu məsələdə ən çox Fransaya meyilli idi və Fransa da çalışırdı ki, həmin beynəlxalq müşahidəçilər özlərindən ibarət olsun. Ancaq Rusiya buna etiraz etdi. Rusiya tərəfi əvvəl bildirirdi ki, sərhədə rus hərbçilərinin yerləşdirilməsini planlaşdırmırıq, sonra Ermənistan və Fransanın əlaqələrini, Paşinyanın beynəlxalq müşahidəçilərin sərhədə yerləşdimək fikirlərindən sonra Rus hərbçilərinin sərhəddə yerləşdirilməsini aşkar dilə gətirdi. Paşinyan Rusiyadan çox Qərbə, Amerikaya simpatiya bəsləyir. Daha sonra sərhəddə erməni sərhədçilərinin yerləşdirilməsini söyləməsi həm Rusiyadan ehtiyat etməsi, həm də antirusiyalıların təzyiqindən yaxa qurtarmaq üçündür".

Ekspert bəyanatın müddəalarının yerinə yetirilməsi üçün müəyyən tədbirlərin görüləcəyini deyib:

"Son zamanlar cəbhədə atəşkəs rejimi intensiv şəkildə pozulur. Azərbaycan tərəfinin sülh müraciətinin rədd edilməsi konfrontasiyaya gətirib çıxara bilər. Ermənistan tərəfi imzalanan 2 bəyanatın müddəalarını yerinə yetirməkdən boyun qaçırır. Azərbaycanın buna qarşı tədbirlər görəcəyini istisna etmirəm. İkinci Qarabağ müharibəsi kimi yeni bir müharibə olmasa da, bəyanatın müddəalarının (anklavların qaytarılması, dəhlizin açılması) yerinə yetirilməsi üçün müəyyən tədbirlər görülə bilər. Əlbəttə ki, Azərbaycan tərəfi sülhdən yanadır. Ermənistan tərəfi üçün də ən əlverişli variant sülhə razılıq verməsidir".

Əzizə Zeynal

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR