Logo

"Əksər şadlıq evləri bunlara əməl etmir" - Toylarda zəhərlənməmək üçün nələrə diqqət etməli?

"Əksər şadlıq evləri bunlara əməl etmir" - Toylarda zəhərlənməmək üçün nələrə diqqət etməli?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Artıq bir neçə müddətdir, Azərbaycanda toylara start verilib. Zaman-zaman toy süfrəsindəki qidalar müzakirə obyekti olub, hətta həmin qidalara görə zəhərlənənlər də az deyil. Xüsusilə yay aylarında qida zəhərlənmələrinin baş vermə ehtimalı artır. Bunun isə, müxtəlif səbəbləri var – kimisi qida sırasını pozduğuna görə, kimisi keyfiyyətsiz məhsullara görə və.s.

Bununla bağlı Ukrayna Kulinarlar Birliyinin üzvü, Türkiyə Şef Aşcılar Dərnəyinin Azərbaycan təmsilçisi, qida texnoloqu Ağa Salamov Sfera.az-a açıqlamasında deyib ki, adətən kənd toylarında zəhərlənmə halları daha az baş verir:

"Çünki həmin toyun sahibləri əsasən təzə ətdən istifadə edirlər - heyvanı kəsəndən dərhal sonra əti qovururlar, buğlama, kabab və.s. edib həmən süfrəyə təqdim edirlər. Nəzərə alsaq ki, isti aylardır, istər kənd, istərsə də şəhər (restoran) toylarında qida kritik kontrol nöqtələrini diqqətdə saxlamalı, nəzarəti gücləndirməliyik. Çox zaman toyxanalarda öncə süfrəyə mayonezli qidalar təqdim olunur. Məsələn, paytaxt salatı, toyuq salatı və.s. Bunlar müştərilər gəlməmişdən əvvəl işi tezləşdirmək üçün süfrəyə düzülür. Həmçinin qril toyuq,  balıq, toyuq soyutması, kolbasa məhsulları da ilk gətirilənlər sırasındadır.

Düzdür, soruşanda məclis zalında kondisionerlərin işlədiyini deyirlər. Amma buna baxmayaraq, kondisioner zalın temperaturunu +2 və ya +4-ə çatdırmır axı. Belə olan halda təbii ki, insanlar da donar. Düşünürəm ki, süfrəyə əvvəlcədən düzülən təamları saxlayıb müştərilər gələndən sonra təqdim etmək lazımdır. Heç olmasa yarım saat qabaqdan bu edilməlidir. Günortadan qidaları düzüb gözləmək olmaz. Lakin əksər vaxtlarda şadlıq evləri buna əməl etmirlər, qidanı öncədən süfrəyə qoyurlar ki, bu da zəhərlənmə hallarını çoxaldır”.

A.Salamov həmçinin bu istiqamətdə şadlıq saraylarının diqqət etməli olduğu məsələlərdən də söz açıb:

"Kababları, soyutmaları qabaqcadan bişirirlər – bunlar günorta saatlarından hazır olur, axşamüstü isə süfrəyə verilir. Qida 5 saat ərzində otaq temperaturunda qalır və bu da zəhərlənməyə yol açan amillərdən biridir. Halbuki xidmət isti-isti edilməli, yarım saat, 20 dəqiqə öncə soyuq qəlyanaltılar süfrədə olmalıdır - 2 saat ərzində masada qalması problem deyil. Daha sonra isti yeməklər bişdikcə süfrəyə təqdim edilməlidir. Digər tərəfdən bilirsiniz ki, insanlar toyda çox qida tükədirlər, yeməkləri qarışdırırlar və axırda da dondurma, tort yeyirlər. Bu da qida zəhərlənməsinə gətirib çıxarır. Ona görə də insanlar özləri də diqqətli olmalıdırlar.

Restoranların hansı addımları atmalı olduğunu qeyd etdim, amma vətəndaşlar da qida rasionlarına bələd deyillər. Əti toyuğa, toyuğu kolbasaya, meyvəni torta qatırlar, içki içirlər, daha sonra zəhərlənəndə toy sahibini günahlandırırlar. Pandemiya bəlkə də israfçılığın qarşısını almaq üçün bir mesajdır. Bunun qarşısını almaq üçün də toy edən insan süfrəni doldurmasın, individual olaraq insan porsiyasını nəzərə alsın”.

Müsahibimizin fikrincə, toy süfrəsində iki soyuq qəlyanaltı, iki-üç isti yeməyin olması bəs edir:

"Sonda da tort və ya dondurma süfrəyə təqdim oluna bilər. Menyunu tənzimləmək lazımdır. Amma toylarda tam əksini müşahidə edirik – süfrədə barmaq qoymağa yer tapılmır. Bolluq üçün, zəhərlənməmək üçün israfçılığın qarşısını almalıyıq. Belə olmazsa, çox yeyəcəyik və bu da qida dözümsüzlüyü yaradır, ishal, qarınağrı, bağırsaq pozğunluğu, başağrısı, baş gicəllənmə, mədə bulantısı və.s. kimi xəstəliklərə səbəb olur”.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR