Logo

Üçüncü doza peyvəndin vurulmasına başlandı – Hansı vaksin seçilməlidir?

Üçüncü doza peyvəndin vurulmasına başlandı – Hansı vaksin seçilməlidir?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Baş infeksionist Təyyar Eyvazov koronavirus əleyhinə üçüncü doza vaksinin tətbiqinə start verildiyini bildirib.

İnfeksionist ilk dozalardan əldə edilən immunitetin daha uzunmüddətli olması məqsədilə dünya təcrübəsi əsasında üçüncü dozanın tətbiqinə başlanıldığını qeyd edib.

Maraqlıdır, vətəndaşlar üçüncü doza kimi hansı vaksindən istifadə etməlidir?

Məsələ ilə bağlı Sfera.az-a danışan daxili xəstəliklər uzmanı Həbib Sahratov üçüncü doza kimi "Pfizer" vaksinindən istifadənin uyğun olduğunu deyib:

"Vaksinin hər iki dozasını qəbul etdikdən sonra qanda yetərli qədər antitel yaranıbsa, o zaman üçüncü dozanı qəbul etməyə gərək yoxdur. Lakin yetərli antitel olmasa üçüncü dozanın vurulması mühümdür. Məlum olduğu kimi "Pfizer" vaksinin keyfiyyəti beynəlxalq səviyyədə təsdiqlənib. Bu baxımdan üçüncü doza olaraq insanlar "Pfizer" vaksinində istifadə etsə daha yaxşı olar.

Hər üç dozanın eyni vaksindən ibarət olması isə mənasızdır. Çünki iki doza vaksin insanda antitel yaratmırsa demək ki, həmin vaksin şəxs üçün yararsızdır. Peyvəndin üçüncü dozasını vurdurmazdan əvvəl mütləq şəkildə həkim müyainəsindən keçib, antitel sayını öyrənmək lazımdır". 

Əzizə Zeynal

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR