Logo

“Azərbaycanda Rusiya kəşfiyyatına satılmışlar kifayət qədərdir” – Rəsul Quliyev

“Azərbaycanda Rusiya kəşfiyyatına satılmışlar kifayət qədərdir” – Rəsul Quliyev
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Rusiya xarici siyasətini kifayət qədər aqressivləşdirib. Mərkəzi Asiya, Azərbaycan, Baltik ölkələri, İran, Ukrayna kimi ölkələrə açıq-aşkar təhdidedici mövqe tutub”.

Sfera.az bildirir ki, bunu Azərbaycanın sabiq spikeri Rəsul Quliyev deyib.

"Fikirləşirəm ki, Putinin ətrafından kimsə tapılacaq və ona Qərbi hədələməsinin heç bir əhəmiyyəti olmadığını izah edəcək. Bu gün insan tələfatına getmək istəməyən NATO bir şey baş verərsə, Rusiyanı dağıtmaqdan çəkinməyəcək. ABŞ-ın nüvə silahlı bomba atan təyyarələri  Moskvanı viranəyə çevirər, Rusiya heç o təyyarələrin birini də vura bilməz”.

R.Quliyev Rusiyanı Azərbaycana bir nömrəli təhlükə saydığını bildirib:

"Azərbaycanda Rusiya kəşfiyyatına satılmışların sayı istənilən ölkədən çoxdur. Rus məktəblərinin sayının artması, sözsüz, bu satqınları ruhlandırır və tezliklə qələbə çalacaqlarına inanırlar. Ancaq bu xalqın dəmir kimi birləşmək qabiliyyətinin olduğunu unudurlar. Dünyada heç bir əhəmiyyəti olmayan rus dili öyrənməyin nə əhəmiyyəti ola bilər, bilmirəm. Bu dil Rusiyanın bazarlarında meyvə, göy-göyərti və başqa məişət şeyləri satmaq üçündür. Kimsə 10 illərlə azərbaycanlıların rus bazarlarında alver edəcəklərini düşünürlər.Təəssüf”.

İnci

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR