"Məhəmməd peyğəmbər ateistlərlə yox, dindarlarla mübarizə aparıb" - İlahiyyatçı
Kateqoriya məlum deyil
"Məhəmməd peyğəmbər ateistlərlə deyil, dindarlarla mübarizə aparırdı".
Sfera.az xəbər verir ki, bunu ilahiyyatçı Elşad Miri deyib. İlahiyyatçının sözlərinə görə dinə ən böyük zərəri dindarlar vurub:
"Məhəmməd peyğəmbərin gəldiyi cəmiyyət dinsiz deyil, əksinə çox dindar cəmiyyət idi. Onlar Həcc vəzifəsini yerinə yetirir, Həccə gələnlərə su paylayırdırlar.
Məhəmməd peyğəmbər ateistlərlə deyil, dindarlarla mübarizə apardı. Həmin dindarlar müşrik idilər. Bir adamın müşrik olması, yəni Allaha şərik, ortaq qoşması üçün ilk olaraq Allaha inanması lazım idi.
Dinə ən böyük zərəri dinsizlər deyil, özlərini dindar hesab edən dini darlar vurublar və vururlar".
Əzizə Zeynal
Sfera.az






