Logo

Niyə Rusiya yox, israil? - “Hansı dövlət daha müasir silah istehsal edəcəksə...”

Niyə Rusiya yox, israil? - “Hansı dövlət daha müasir silah istehsal edəcəksə...”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"İsrail, Fransa və digər ölkələr Rusiya silahının keyfiyyət göstəricisindən daha yaxşılarını istehsal edərlərsə, Azərbaycan da təbii ki, silah alarkən onlara müraciət edir və edəcək”.

Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycanın 2 milyard dollar həcmində silah almaq üçün İsraillə danışıqlar apardığı ilə bağlı bu ölkə mediasında gedən məlumat fonunda artıq Bakının silahlanma məsələsilə Moskvaya deyil, Təl-Əvivlə əlaqələrə önəm verməsinə münasibət bildirərkən, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli deyib:

"Azərbaycan zaman-zaman Rusiyadan böyük miqdarda silah-sursat alıb. Ölkəmiz son 30 il ərzində dünyanın ən mötəbər hərbi təlim və sərgilərində iştirakçı, ya da müşahidəçi kimi iştirak edərək, nümayiş olunan silahların ən yaxşılarını əldə edib. Müasir dünyada daim inkişaf prosesi baş verir. Dövlət başçısı demişkən, nəinki XXI əsrin, hətta XXII əsrin müharibəsinə hazır olmalıyıq. Bundan sonra da ölkəmizə yönəlik təhdid, təcavüz və təzyiqlərə lazımınca cavab vermək üçün ən müasir silahlara ehtiyac var. Onu kim istehsal edirsə, Azərbaycan da silahı ondan alır və alacaq”.

Həmsöhbətimiz bildirib ki, Azərbayanın öz silah cəbhəxanasını gücləndirərkən İsrail kimi ölkələrə üz tutması yalnız və yalnız bazardakı balansın dəyişməsi fonunda ən müasir, daha səmərəli, ağıllı silahları əldə etmək niyyətilə bağlıdır: "Bu hal heç bir halda ölkəmizin İsrail, Türkiyə və ya Rusiyaya münasibəti kimi dəyərləndirilməməlidir. Azərbaycanın Rusiyadan silah alışını azaldacağını söyləmək uğursuz və konfliktə aparan müqayisədir. Burada məsələyə bazar iqtisadiyyatı təfəkkürü ilə yanaşmlıyıq. O mənada ki, Azərbaycan özünə lazım olan silahları İsraildə görürsə ondan, Rusiyada görürsə ondan alacaq. Bu gün Türkiyə, İsrail və digər ölkələr var ki, müasir silah istehsalında Rusiyanı üstələyir”.

Rüfət SULTAN

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR