Logo

“Rusiya zəhmət çəkib, razılaşmanın icrasını təmin etsin” - Açıqlama

“Rusiya zəhmət çəkib, razılaşmanın icrasını təmin etsin” - Açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Rusiya sinəsini irəli verərək qoşunlarını Azərbaycana yeritdiyi kimi, zəhmət çəksin indi də razılaşmanın şərtlərinin icrası istiqamətində addım atsın”.

Bu sözləri Sfera.az-a açıqlamasında 9 ay ötməsinə baxmayaraq 10 noyabr razılaşmasının bir çox müddəalarının hələ də yerinə yetirilməməsi fonunda Azərbaycanın həmin razılaşmadan imtina etməsi mümkünlüyündən danışarkən, siyasi icmalçı Qulu Məhərrəmli deyib:

"İndi situasiya xeyli mürəkkəbdir. 10 noyabr razılaşması vəziyyətə aydınlıq gətirilməsi və bir sıra prosedurları önləmək baxımından çox əhəmiyyətli idi. Məncə, Azərbaycan 10 noyabr sazişindən çıxmamalıdır. Əksinə tərəfləri, xüsusən də burada daha çox məsuliyyət daşıyan Rusiyanı yola gətirməliyik ki, Moskva Ermənistana bəyannamənin şərtlərini yerinə yetirmək istiqamətində təsir və təzyiq etsin. Burada əsas məqam sazişin 4-cü bəndinin, yəni erməni silahlı birləşmələrinin ərazimizi tərk etməsi bəndinin yerinə yetirilməməsilə bağlıdır. Təəssüf ki, bu prosedur yerinə yetirilmir. Əksinə, rus sülhməramlılarının silahlı erməniləri gətirib Qarabağda yerləşdirmələrinin şahidi oluruq. Bununla bağlı Azərbaycan tərəfi xəbərdarlıq da edib”.

Həmsöhbətimizin fikrincə, Azərbaycan diplomatik yollarla razılaşmanın bütün bəndlərinin icrasına nail olmalıdır: "Rusiya bunu etməsə əlavə yardımçı sülhməramlı qüvvələrin bölgəyə gətirilməsi üçün BMT-yə müraciət etməliyik. Məsələyə emossiyasız, ayıq yanaşmalıyıq. Rusiyanın niyyətini bildiyimizdən addımlarımızı ciddi şəkildə ölçüb-biçməliyik. Amma lazım olan qəti addımları da atmalıyıq”.

Rüfət SULTAN

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR