Logo

“Sülhməramlıların bölgədən çıxarılması hər an müzakirə mövzusu ola bilər” - Ekspert

“Sülhməramlıların bölgədən çıxarılması hər an müzakirə mövzusu ola bilər” - Ekspert
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Son günlər ermənilər tərəfindən hərbi birləşmələrimiz atəşə tutulut, sərhədboyu təxribatlar törədilir. Baş verən təxribatlardan dolayı rus sülhməramlılarının Qarabağ ərazisini tərk etməsi və Laçın dəhlizinə nəzarətin tamamilə Azərbaycan əsgərinə verilməsi ilə bağlı təkliflər səsləndirilir.

Maraqlıdır, səsləndirilən təkliflərin yaxın zaman kəsiyində reallaşması mümkün görünürmü?

Mövzu ilə bağlı Sfera.az-a danışan ekspert İbrahim Cəfərov münaqişə ocağının bir çox ölkələr tərəfindən alovlandırıldığını deyib:

"Sülhməramlıların Qarabağ ərazisindən çıxarılması məsələsi istənilən vaxt müzakirə mövzusuna çevrilə bilər, ancaq bunu şərtləndirən bir sıra məsələlər var. Sülhməramlılar orada nəyə görə yerləşdirilib? -  Ermənistanla Azərbaycan arasında sülhü dəstəkləmək, yaxud sülh yaratmaq məqsədilə. Yəni əgər, burada ümumi vəziyyət sülhməramlı xarakter daşıyırsa, təbii ki, artıq sülhməramlıların oradakı fəaliyyəti yersiz görünəcək. İndiki məqamda mən bunu real görmürəm. Çünki revanşistlər və Rusiya tərəfindən bu münaqişəni yenidən körükləmək cəhdləri, eyni zamanda ermənilər və onları dəstəkləyən Fransa tərəfindən və Fransa kimi bir sıra kök altında, şüur altında gizlənmiş ölkələr var ki, onlar bu münaqişəni yeridən körükləmək niyyətindədirlər və bu mənada vəziyyət heç də düşündüyümüz kimi sadə deyil. Yəni, münaqişənin sülh yolu ilə həllində təkcə Ermənistanın, Azərbaycan və Rusiya rol oynamır. Burada marağı olan, yaxud maraqları tapdalanan ölkələr var".

Ekspert rus sülhməramlılarının Qarabağdan çıxmağa niyyətli olmadığıını bildirib. İ.Cəfərov fikirlərini belə əsaslandırıb:

"Əlbəttə, Azərbaycan bu məsələdə çox prinsipial mövqedən çıxış edir. Prezident öz çıxışlarında xüsusi vurğuladı ki, biz nəinki iyirmi birinci əsrin, hətta iyirmi ikinci əsrin müharibəsinə hazır olmalıyıq. Bu, artıq prezidentə daxil olan məlumatların, informasiyaların təbii cavabı idi. Revanşistlər eyni zamanda bu son otuz ildə özləri haqqında, öz orduları haqqında o qədər şişirdilmiş faktlar, o qədər şişirdilmiş miflər uydurublar ki, indi bu qırx dörd gündə uğradıqları fiasko ilə barışa bilmirlər. Bu bir psixoloji vəziyyətdir. Məncə, bu döyüş vəziyyətindən çox psixoloji vəziyyətdir və ermənilərin belə bir vəziyyətdə sakitləşməsi üçün hələ müəyyən qədər də vaxt lazım gələcək. Təbii ki, bu məsələdə Azərbaycan özünü daha güclü, stabil, hazırlıqlı bir ölkə kimi göstərməlidir və göstərir də. Sülhməramlıların bölgədən çıxarılması məsələsi hər an müzakirə mövzusu ola bilər, lakin indiki məqamda bu o qədər də yaxın vaxt üçün real görünmür. Əlbəttə, Rusiya istəməz ki, öz kontingentini oradan çıxarsın. Bu mənada bəzən Rusiya tərəfindən səsləndirilən ikibaşlı şübhəli fikirlərə də rast gəlməyimiz təsadüfi deyil. Yəni, Rusiya daim oradakı sülhməramlıların vacibliyini, fəaliyyətinin mühümlüyünü anlatmaq üçün cəhdlər edəcək".

Əzizə Zeynal

Sfer.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR