Logo

CİA rəhbərinin İsrail səfəri – Mövzu İrandır

CİA rəhbərinin İsrail səfəri – Mövzu İrandır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Vilyam Burns avqustun 11-də İsrailə səfər edəcək.

Sfera.az xəbər verir ki, səfərin məqsədi İranın nüvə fəaliyyəti və Tehran rəhbərliyinin bölgədəki fəaliyyətinin müzakirəsidir.

Vilyam Burns səfər çərçivəsində İsrail Baş naziri Naftali Bennett və Xarici Kəşfiyyat Xidmətinin (Mossad) rəhbəri David Barnea ilə görüşəcək.

CIA direktorunun bu səfərinin iyulun 29-da İsrailin şirkət gəmisini hədəf alan hücumdan sonra Tel -Əvivlə Tehran arasında gərginliyin artdığı dövrə təsadüf edir.

Onun Ramallahda Fələstin adminstrasiyasının rəhbəri Mahmud Abbasla da görüşəcəyi gözlənilir.

Əzizə Zeynal

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR