Logo

Azərbaycanda ahıl yaşda olanların sayı kəskin artıb

Azərbaycanda ahıl yaşda olanların sayı kəskin artıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Azərbaycan əhalisinin 4,32 faizi əhıl yaşda olan vətəndaşlardan ibarətdir. 

Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, 2015-ci illə müqayisədə 2020-ci ildə ahılların xüsusi çəkisi artıb.

2015-ci ildə ölkə əhalisinin 375,2 min nəfəri ahıl yaşda olan vətəndaşlar idi. Həmin tarixdə olan əhali sayını nəzərə alsaq, ahıl vətəndaşlar əhalinin 3,86 faizini təşkil edib. 2020-ci ildə ahılların sayı 438 min nəfərə yüksəlib və əhalinin 4,32 faizini formalaşdırıb.

Müqayisələr göstərir ki, 2011-ci ildən 2015-ci ilə qədər ahılların sayı azalırdı. Bu dövrdə ahılların sayı 407 mindən 375 minə düşüb. Amma 2015-ci ildən ahıl yaşda olan vətəndaşların sayı yenidən artıb və qeyd edilən göstəriciyə yüksəlib.

Qeyd edək ki, ahıl yaşı 70 və ondan yüksək olan yaş həddidir.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR