Logo

Azərbaycanda qadınlara qarşı zorakılıq niyə artıb? - QHT sədrindən AÇIQLAMA

Azərbaycanda qadınlara qarşı zorakılıq niyə artıb? - QHT sədrindən AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"İlboyu mətbuatı monitorinq etsək, qadın ölümləri ilə bağlı kifayət qədər xəbərlər görərik. Təəssüf ki, bu məsələlər hələ də hadisə baş verəndən sonra müzakirələrə çevrilir”.

Bunu Sfera.az-a açıqlamasında "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib. O bildirib ki, sonrakı prosesdə heç kim hadisələrin mahiyyətini, nəyin dəyişilməli olduğunu araşdırmır:

"Qadın cinayətləri hay-küy problemi deyil. Bəli, ictimailəşdirilməlidir, amma mətbuatı mütəmadi olaraq izləyən adamlar belə hadisələrin olduğunu bilir. 2010-cu ildən bu yana da bu tip olaylar gündəmi zəbt edir. Söhbət ondan gedir ki, məsələnin kökündə nə dayanır. Bu gün 2010-cu ildə qəbul edilmiş qanunun hələ də təkmilləşməsi baş vermir. Qanun profilaktik xarakter daşıyır. O cümlədən, Nazirlər Kabinetinin bir sıra qərarları var, amma koordinasiya yoxdur. Yəni heç olmasa, qurumlararası işçi qrupunu formalaşdırmaq üçün koordinator təyin olunmalıdır. Ölkədə bu qədər sosial işçi təhsili alan adamlar var. Yerli icra hakimiyyətlərində, polis mərkəzlərində, bu kimi qurumlarda sosial işçilər olmalıdır ki, bu istiqamətdə birgə çalışa bilsinlər.

Digər bir məsələ, zorakılıq qurbanları ilə əlaqəli sosial paketlərin olmamasıdır. Hələ də qadınların sosial müdafiəsi güclənmir. Başqa sahələr üzrə sosial müdafiə məsələsi müzakirə edilsə də, bu sahədə eyni hal müşahidə edilmir. Belə hadisələr niyə baş verir? Niyə sistem yoxdur? Niyə polisin əlinin altında resurslarla bağlı məlumat kitabçaları yoxdur? Sosial işçilər niyə işə salınmır? Bax bu "niyə”lərə cavab tapmaq lazımdır”.

Müsahibimizin sözlərinə görə, zorakılıq faktı qeyd olunan kişilər də məcburi reabilitasiyaya göndərilmir:

"Bunun üçün qanunvericilikdə müəyyən təkmilləşmə getməlidir. Bu gün həmin qanunda polisin statusu olmaya-olmaya ondan gücündən artığını tələb edirik. Yalnız polismi bu məsələyə baxır? Digər orqanlar da burada iştirakçıdır. Məsələn, qadın müraciət edir, bir müddətdən sonra sosial məsələlər həll olunur. Uşaqların məsuliyyəti onun üzərindədir, bəzən isə aliment ödənmir və təkrar qadın qayıdası olur. Yaxud alimenti ödəməyən zorakılıq tətbiq edir və.s. Nəzarət mexanizmi olmalıdır. Bunlar olmayandan sonra təbii ki, qadın cinayətləri də birinci və sonuncu olmayacaq. Düşünürəm ki, məsələyə daha konseptual yanaşmalıyıq”.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR