Vilnüsdə silsilə terror təhdidləri - Litva Daxili İşlər Nazirliyi miqrantın ölümü ilə bağlı açıqlama yaydı
Litvanın hüquq -mühafizə orqanları Vilnüsdə terror aktı təhlükəsi ilə əlaqədar ilkin araşdırmaya başlayıb.
Sfera.az-ın məlumatına görə, istintaqın başlamasına səbəb paytaxtda 12 böyük obyektin minalanması ilə bağlı məlumat olub. Litva polisinə daxil olan məktuba görə, binalara yerləşdirilən partlayıcı qurğular müsəlmanların öz qardaşlarına görə qisasıdır.
Xatırladırıq ki, az əvvəl Belarusla Litva sərhədində İraqdan olan qanunsuz miqrant həlak olub. Minskdən verilən açıqlamaya görə, sözügedən gənc, bir gün əvvəl minlərlə miqrantı Belarusla sərhəddən qovan Litva sərhədçiləri tərəfindən öldürülüb.
Minalandığı iddia edilən obyektlər arasında Vilnüsdəki ticarət və iş mərkəzləri də vardı. Polisin təcili yoxlanışından sonra sözügedən obyektlərdə partlayıcı qurğular və ya terrorçuların varlığına dair izlər tapmaq mümkün olmayıb.
Xatırladırıq ki, Belarusla Litva sərhədində miqrasiya böhranı bir sıra Baltikyanı ölkələrlə Belarus prezidenti Aleksandr Lukaşenko arasında münasibətlərin pisləşməsi nəticəsində başlayıb.
Ölkələr arasında artan qarşıdurma zamanı Litva Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin rəhbərləri Arvidas Anuşauskas və Aqne Bilotayte iraqlı qaçqının Litva sərhədçiləri tərəfindən öldürülməsi ilə bağlı məlumatı Minskin təxribatı və Litvanı beynəlxalq ictimaiyyət qarşısında gözdən salmaq cəhdi adlandırıblar.Selcan
Sfera.az





