“Taliban” Əfqanıstanda böyük şəhərləri ələ keçirdi: Laşkar Qax uğrunda döyüş gedir
Kateqoriya məlum deyil
ABŞ aviasiyasının və Əfqanıstan hökumət qüvvələrinin davamlı hava zərbələrinə baxmayaraq, Laşkar Qax bütün gecə silahlıların güclü atəşi altında olub.
Sfera.az-ın Pravda.ru-ya istinadla məlumatına görə, taliblərin televiziya stansiyasını ələ keçirdiyi barədə məlumatlar var. Avqustun 2-də Əfqanıstan İnformasiya Nazirliyi Hilmənd əyalətində 11 radio və dörd televiziya şəbəkəsinin "taliblərin hücumu təhlükəsi" səbəbilə yayımını dayandırdığını açıqlayıb.Daha əvvəl kəndlərdən qaçan minlərlə insan şəhər binalarına sığınıb.
Hilmənd Amerika və Britaniya hərbi kampaniyalarının mərkəzi idi, odur ki, əyalətin "Taliban”ın nəzarətinə keçməsi Əfqanıstan hökumətinə ciddi zərbə vuracaq.
Laşkar Qax düşmənə yenilsə, 2016 -cı ildən bu yana "Taliban” tərəfindən fəth edilən ilk əyalət paytaxtı olacaq.Selcan
Sfera.az





