Logo

Yeni güc mərkəzi – Gürcüstanı Azərbaycan və Türkiyəyə yaxınlaşdıran məqam

Yeni güc mərkəzi – Gürcüstanı Azərbaycan və Türkiyəyə yaxınlaşdıran məqam
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Üç ölkə arasında təhlükəsizlik istiqamətində strateji sənəd imzalana bilər”.

Bu sözləri Sfera.az-a açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Gürcüstanın Baş naziri İraki Qarİbaşvili ilə telefon danışığında Türkiyə, Azərbaycan və Gürcüstandan olan nazirlər və deputatlar tərəfindən uğurla həyata keçirilən üçtərəfli mexanizmin liderlər səviyyəsində də calnadırmağın vacibliyini vurğulamasına münasibət bildirərkən politoloq Natiq Miri deyib:

"Tərəflər arasında bütün məsələlər tam razılaşdırılandan sonra adətən, strateji qərarlar məzh liderlər tərəfindən verilir. Qlobal səviyyədə yeni çağırışlar olduğundan bu cür qərarların verilməsi zaman baxımından uyğundur. Regionda ciddi dəyişikliklər olub. Qarabağ torpağı Azərbaycana qaytarılıb. Türkiyə ilə Azərbaycan arasında strateji müttəfiqlik istiqamətində Şuşa bəyannaməsi imzalanıb. Belədə yeni addımların atılmasına da ehtiyac var. Görünür, məhz bu məsələlər də Bakı, Ankara və Tiflis arasında müzakirə predmeti olub və artıq məsələ strateji qərarların verilmə mərhələsinə çatıb. Ona görə də Prezident Ərdoğan belə bir açıqlama verməyə ehtiyac duyub”.

Həmsöhbətimizin fikrincə, yaxınlarda sözügedən üç ölkə liderlərinin görüşündə təhlükəsizliklə bağlı strateji yöndə üçtərəfli müqavilələr imzalana bilər:

"Azərbaycanla Türkiyə arasında imzalanan strateji müttəfiqlik sənədi Tiflisin, hətta Kiyevin də marağına səbəb olub. Azərbaycanın Qarabağ probleminin həllində Türkiyənin özünəməxsus rolu oldu. Odur ki, Türkiyə tək regional deyil, artıq qlobal səviyyədə təhlükəsizlik faktoru kimi ciddi güc mərkəzinə çevrilib. Görünən odur ki, Tiflisin də Türkiyədən müəyyən gözlənti və istəkləri var. Bu ölkə Ankara və Bakı ilə birliyə ehtiyac duyur. Ukrayna da bu yöndə ciddi addımlar atır, Türkiyə ilə hərbi əməkdaşlığı gücləndirir. Bu səbəbdən düşünürəm ki, üç ölkə arasında da konkret strateji sənəd imzalana bilər. Qarabağ müharibəsi göstərdi ki, Qərbdən fərqli olaraq Türkiyə hər zaman dostlarına dəstək olur, onları öz geosiyasi maraqlarına satmır”.

Rüfət SULTAN

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR