Logo

"Narkotik şəbəkəni idarə edənlərdən bir nəfər belə həbs edilməyib" - Aslan İsmayılovdan etiraz

"Narkotik şəbəkəni idarə edənlərdən bir nəfər belə həbs edilməyib" - Aslan İsmayılovdan etiraz
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Sən demə, Azərbaycanda neft sektorundan sonra ən böyük dövriyyəsi olan qeyri-neft sektoru məhz narkotik alveri imiş”.

Sfera.az bildirir ki, bunu tanınmış hüquqşünas Aslan İsmayılov deyib. O, vətəndaşları narkotiklə mübarizəyə səsləyib:

"Bu mübarizədə ən böyük problem bu günə qədər də ancaq sıravi narkotik satıcılarının həbs edilməsidir. Bu şəbəkəni idarə edənlərdən, onların cinayətlərini gizlədənlərdən, onun belə geniş yayılmasına şərait yaradanlardan bir nəfər də həbs edilməyib.

Bu günlərdə çoxlu sayda məktublar alıram ki, həbs olunanlardan azad olunanlar var. Bir çoxları isə pulunu verib, az sonra prokurorluq və məhkəmələr vasitəsilə azad olunacaqlar. Bu reallıqdır”.

Hüquqşünas qeyd edib ki, bu barədə məlumatlar ictimailəşdirilməlidir:

"Bu dəfə biz sona qədər mübarizə aparmasaq, onlar bizim balalarımızın, gələcəyimizin sonuna çıxacaqlar. Səhiyyəyə cavabdeh olan şəxslərdən tələb olunmalıdır ki, təcili narkotikə aludə olmuş şəxslərin müalicəsi üçün yeni reabilitasiya mərkəzləri açsınlar. Ancaq birlikdə və israrlı olsaq, sosial şəbəkələr üzərindən güclü ictimai nəzarət yarada bilsək, bu bəladan qurtula bilərik”.

Türkan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR