Logo

Bu il kənd təsərrüfatı mallarının ixracında rekord qeydə alınacaq

Bu il kənd təsərrüfatı mallarının ixracında rekord qeydə alınacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

2021-ci ildə kənd təsərrüfatı məhsullarının ixracında yeni rekord göstərici qeydə alına bilər. İlin ilk yarısının məlumatları göstərir ki, ilin yekununda aqrar məhsulların ixrac dəyəri 800 milyon dolları ötəcək. Əgər belə bir nəticəyə nail olunarsa, Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracında yeni yüksək göstərici əldə ediləcək.

Sfera.az bildirir ki, ilin birinci yarısında aqrar məhsulların ixrac dəyəri 439,2 milyon dollar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə ixracda 10,5 faiz artım var.

Bu il ixracdakı artım birməmalı olaraq pambıq ixracının kəskin artması hesabına təmin edilib. Belə ki, pambıq mahlıcının ixrac dəyəri 63,3 milyon dollar artaraq 121,9 milyon dollara çatıb.

Pambıqla bərabər meyvə ixracı 10 milyon dollar, gön-dəri ixracı 1 milyon dollar artıb.

Azərbaycanın kənd təsərrüfatı mallarının ixracında əsas məhsul olan tərəvəzin ixrac dəyəri isə 15,3 faiz azalıb. Azalmanın dəyəri 31,9 milyon dollar olub.

Tərəvəz ixracında azalma pomidor ixracının 38,7 milyon dollar azalması ilə bağlıdır. Digər tərəfəz növlərində ixrac artsa da pomidor ixracının kəskin azalması ümumən tərəvəz ixracında azalmaya səbəb olub.

Pomidor ixracındakı azalmanı nəzərə almasaq, bu il Azərbaycan aqrar məhsulların ixracında yaxşı nəticə əldə edir. Bu dinamika ilin sonuna qədər qalarsa, ixracımız 800 milyon dolları ötəcək.

Xatırladaq ki, aqrar məhsulların ixracı 2020-ci ildə 760 milyon dollar, 2019-cu ildə 762 milyon dollar, 2018-ci ildə 678 milyon dollar olmuşdu.

Vasif

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR