“Bu dəfə “dəmir yumruq” başlarına Yerevanda dəyəcək” - Deputat
"Əgər ermənilər 44 günlük müharibədən nəticə çıxara bilmədilərsə, yenə sərsəm bəyanatlarla, hərəkətlərlə məşğuldularsa, bu dəfə "dəmir yumruq” onların başına Yerevanın mərkəzində dəyəcək, olub qalanları da məhv olacaq”.
Bunu Sfera.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.
Onun sözlərinə görə, gedişatdan belə görünür ki, Ermənistan ənənəvi siyasətindən əl çəkmək fikrində deyil:
"Vaxtaşırı həm Azərbaycan-Ermənistan sərhəddində, həm Azərbaycan ərazisində təxribatlar edir, yersiz bəyanatlar, revanşist fikirlər səsləndirirlər. Tarixin bütün dövrlərində bu millət onun-bunun əlində alət olub. Bu gün də proses davam edir, kənar qüvvələr onları vədlərlə şirnikləndirir, fitva verirlər, "bəlkə də həmin torpaqları qaytardıq” xülyası ilə yaşayırlar. Ancaq gedişat belə olarsa, nəinki, qaytarmaq, olub-qalan da gedəcək. Prezident ötəngünkü çıxışında da bunu dedi, Ermənistana ciddi mesajlar verdi. Hesab edirəm ki, ermənilər deyilənlərdən düzgün nəticə çıxarmalıdırlar, onların başqa çıxış yolu yoxdur”.
Müsahibimiz Ermənistanın sülh müqaviləsini imzalamaqdan yayınacağı halda, yarana biləcək nəticələrdən də söz açıb:
"Sülh müqaviləsinin imzalanması üçün Ermənistan 10 noyabr və 11 yanvar sənədlərinin bütün bəndlərinə əməl etməlidir. Təəssüf ki, əksinin şahidi oluruq. Burada üçüncü tərəf olan Rusiya da Ermənistanın pozuculuq fəaliyyətinə göz yumur. Seçkilərdən sonra Paşinyanın birinci səfərini Moskvaya etməsi, Putindən xeyir-dua alması, ardınca Araiki yanına çağırması və.s onu göstərir ki, Moskva ikibaşlı oyunlar oynamağa başlayıb. Nəticə olaraq, sülh müqaviləsinin imzalanması məsələsi bir az şübhə altında qalır. Bu da ən çox Ermənistana ziyan verəcək”.Günay Rəsulqızı






