Logo

“Yeni Klinika”da vaksinasiya məntəqəsi fəaliyyətə başlayacaq

“Yeni Klinika”da vaksinasiya məntəqəsi fəaliyyətə başlayacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Əhali arasında COVID-19 əleyhinə vaksinlərə tələbatın artması nəzərə alınaraq vaksinasiya məntəqələrinin sayı artırılıb.

Sfera.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, xidmətin əlçatanlığını təmin etmək məqsədilə 15 iyul 2021-ci il tarixindən Yeni Klinika Tibb müəssisəsində "CoronaVac” və "Biontech/Pfizer” peyvəndlərinin vurulmasına başlanacaq.

Peyvənd məntəqəsi həftə içi 5 gün, səhər saat 9:00-dan axşam 16:00-a kimi fəaliyyət göstərəcək.

Vaksinlərin tətbiqi canlı növbə əsasında həyata keçiriləcək.

Ünvan : Yeni klinika (Heydər Əliyev pr.142, Bakı)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR