Logo

"Putin imperiya qurmaq niyyətindədir" - Politoloqdan AÇIQLAMA

"Putin imperiya qurmaq niyyətindədir" - Politoloqdan AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Rusiya prezidenti Vladimir Putin imperiya xislətimi gizlətmir".

Sfera.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Politoloq illərdir ki, Putinin bu niyyətdə olduğunu bildirib:

"Kreml sahibi illərdir, açıqlamalarında və yazılarında eyni fikirləri təkrarlayır: "Rusiya torpaqları qarət olunub”, "bolşeviklər özbaşına torpaq paylayıblar”, "özünüzə aid olmayan torpaqlarla Rusiyadan ayrılmamalıydınız”.

Vladimir Putin bu fikirləri əsasən Ukraynaya aid işlədir, ancaq onun bu sözlərinin Rusiyanın bütün qonşularına aidiyyatı var. Putin etiraf edir ki, Rusiya imperiyasını və ya SSRİ-ni bərpa etmək mümkün deyil. Belə isə Putin niyə hər dəfə qonşularını hədələyən açıqlamalarla çıxış edir? Putin Rusiyanın indiki gücü ilə keçmiş imperiyanı bərpa edə bilməyəcəyini anlayır, tək elə Krımın ilhaqı və müxtəlif separatçılara dəstək Rusiyaya həm siyasi, həm də iqtisadi mənada baha başa gəlir".

Politoloq ölkə başçısının gənc nəsilə çağırış etdiyini deyib:

"Görünür, Putin bu açıqlamalarını gənc nəsil üçün deyir ki, gələcəkdə Rusiya güclənərsə həmin gənc nəsil "itirilən torpaqları” geri qaytarsın. Putin bircə onu anlamır ki, sən başqalarından nəsə qoparmağı arzulayarkən, başqaları də sənin daha çox zəifləməni və parçalanmağını gözləyir. Sən təksən, başqaları isə çoxdur...".

Əzizə Zeynal

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR