"Relax" istirahət mərkəzinin işçisinin meyiti çayda tapıldı
Kateqoriya məlum deyil
Lerikdə "Relax” istirahət mərkəzinin çayçısının meyiti dağ çayında tapılıb.
Sfera.az xəbər verir ki, bu barədə Lerik rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, İyulun 9-da saat 18 radələrində Lerik rayonu ərazisində 'Relax' istirahət mərkəzində çayçı işləyən, Lənkəran rayonu Təngivan kənd sakini, 1980-ci il təvəllüdlü Sücayev Anar Hüseyn oğlunun meyiti işlədiyi çayxanadan təqribən 20 metr aşağıda axan dağ çayında aşkar edilib.
Anar Sücayevin ölüm səbəbinin dəqiqləşdirilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyin olunub.
Faktla bağlı Lerik rayon prokurorluğunda araşdırma aparılır.






