“Patı”, “şüşə” və metamfetamin mafiyası – Onları aşkara çıxarmaq niyə mümkün olmur?
Kateqoriya məlum deyil
"Son günlər "patı”, "şüşə”, metamfetamin kimi narkotik terminləri tez-tez eşidirik. Mütəxəssislər süni narkotiklə bağlı həyəcan təbili çalır. Ölkədə bu narkotiklərdən istifadəçilərin sayı isə durmadan artır”.
Sfera.az bildirir ki, bunu tanınmış pediatr Vaqif Qarayev deyib. O bildirib ki, yeniyetmələrin bu şəbəkəyə cəlb olunması daha pisdir: "”Patı”nın məktəblərdə istifadəsi başlanılsa, durumu təsəvvür edə bilirsiniz? Belə fikir var ki, süni narkotik ölkənin daxilində istehsal olunur. Düşünürəm ki, bu istehsal şəbəkəsini aşkar etmək hüquq-mühafizə orqanları üçün çətin olmamalıdır. Bu günə qədər qarşısı alınmayıbsa, deməli, kimlərsə bu "ölüm istehsalçıları"nı” himayə edir”.Mütəxəssis uşaqların qorunması baxımından hər kəsi ayıq-sayıq olmağa səsləyib:
"Şübhə yarandığı halda, dərhal müvafiq qurumları məlumatlandırmalıyıq. Narkomana kriminal ünsür kimi yox, xəstə kimi yanaşsaq, yaxşıdır. Onların doğmalarına dəstək olub, bu bəladan xilas olunmasına çalışmalıyıq. Bütövlükdə isə vəziyyət pisdir”.
Günay





