“2019-cu il rekorduna 2023-cü ildə yaxınlaşacağıq” - Dövlət Turizm Agentliyinin sözçüsü
Kateqoriya məlum deyil
"Bu il ötən ilə nisbətən turizm sektorunda xeyli canlanma var. Təxminən 2019-cu ildə turizm sahəsindəki rəqəmlərə 2023-cü ildə yaxınlaşmaq mümkün olacaq"
Bunu Sfera.az-ın sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.
K. Quluzadə əsas diqqətin daxili turizmə yönəldiyini qeyd edib: "2019-cu ildə Azərbaycana rekord sayda - 3 milyon 170 min turist gəlmişdi. İndiki məqamda biz əsas diqqəti daxili turizmin inkişafına yönəltmişik. Ötən il Azərbaycan daxili turizmdə təxminən 3 milyona yaxın səfər itirmişdi. Bu il ötən ilə nisbətdə may ayında ölkəyə gələn turistlərin sayında iki dəfə artım var, bu isə 2019-cu illə müqayisədə cüzi fərqdir".
Əzizə Zeynal





