Logo

Fermerlər taxıl sahələrini niyə yandırır? – Ekspertdən “bu, yanlış praktikadır” çağırışı

Fermerlər taxıl sahələrini niyə yandırır? – Ekspertdən “bu, yanlış praktikadır” çağırışı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Son günlər tez-tez biçilməmiş taxıl sahələrinin yanması halları müşahidə olunur.

Maraqlıdır, taxıl sahələrinin yanması nə ilə əlaqəlidir?

Kənd təsərrüfatı mütəxəssisi, fəlsəfə elmləri doktoru Qadir Bayramlı Sfera.az-a açıqlamasında deyib ki, Azərbaycanda fermerlər adətən biçindən sonra əkin yerlərini yandırırlar və bu, geniş yayılmış praktikadır:

"Amma bu yanlış addımdır. Ola bilsin ki, məhsuldarlıq olduqca aşağıdır, fermerlər gəlir əldə edə bilməyəcəyini anlayandan sonra sahəni yandırmağa üstünük verirlər. Çox zaman insanlar əkirlər, olduqca seyrək bitdikdə və məhsuldarlığın zəif olacağı anlaşılandan sonra onu ot yeri kimi biçirlər. Yaxud biçin prosesindən sonra eyni səbəbdən sahələri yandırırlar. Lakin biçindən sonra belə əkin yerlərinin yandırılması yanlışdır. Əksər hallarda yerdə qalan saman, küləşi yandırırlar ki, orda olan zərərli mikroorqanizmləri məhv etsinlər. Halbuki yanğın zamanı zərərli mikroorqanizmlərlə bərabər, faydalı olanlar da yanır. Onların isə torpaqların məhsuldarlığının müəyyən səviyyədə saxlanılması istiqamətində böyük funksiyası var”.

Ekspert deyir ki, bu, zaman-zaman gündəmə gəlsə də, müəyyən bölgələrdə bu praktikadan yenə istifadə olunur:

"Bunun yerinə daha səmərəli aqrotexniki tədbirlər görmək olar. Bütün bunlar onu göstərir ki, bizim kənd təsərrüfatına yanaşma tərzimiz dəyişməlidir. Bölgələrdə fermerlərin problemləri ilə yerindəcə görüşüb tanış olmaq, onların fikirlərini öyrənmək, araşdırmaq və kömək etmək lazımdır. Uzunmüddətli az faizli kreditlərlə, digər imtiyazlar, təşviqlərlə, aqrosığortanın tətbiqi ilə bu cür məsələlər həll edilsə, problemlər gündəmə gəlməyəcək”.

Müsahibimiz isti havaların taxıl sahələrinə təsirindən də söz açıb: "İndiki halda mənfi təsirini gözləmirəm. Çünki normalda fermerlər üçün ən sərfəli hava bu aylarda yağışın olmadığı havadır. Çünki külək, yağış kimi təbiət hadisələrinə görə loru dildə desək, taxıl yerə yatır və biçilməsi çətin olur, bu da məhsul götürülməsinə mənfi təsir edir. Hazırkı istilərin biçin işlərinə ziyan vuracağı ehtimal olunmur. Əksinə, bu hava fermerlər üçün daha münasibdir”.

Günay Rəsulqızı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR