Logo

“Bu, şüurlu təxribatdır...” – Kremldən gəmi qalmaqalına rəsmi reaksiya

“Bu, şüurlu təxribatdır...” – Kremldən gəmi qalmaqalına rəsmi reaksiya
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Kreml Böyük Britaniyanın eskadra minadaşıyan gəmisi ilə bağlı insidenti şərh edib.

Kreml Qara dənizdə Böyük Britaniyanın "Defender” eskadra minadaşıyan gəmisi ilə bağlı insidenti şüurlu təxribat adlandırıb.

Sfera.az-ın RİA "Novosti”yə istinadla məlumatına görə, prezidentin mətbuat katibi Dmitri Peskov bu bəyanatla çıxış edib.

"Bunun əvvəlcədən düşünülmüş və hazırlanmış bir təxribat olduğuna görə təəssüflənirik. Təbii ki, Britaniya  gəmisinin bu  hərəkətlərindən narahatlıq duyuruq. Bu cür hərəkətləri yolverilməz və beynəlxalq hüquqa zidd hesab edirik",- deyə Peskov jurnalistlərə açıqlamasında bildirib.

O, həmçinin sərhədçilərin  və Rusiya Silahlı Qüvvələrinin bundan sonra da qanuna ciddi şəkildə riayət edəcəklərini, sərt mövqe tutacaqlarını  vurğulayıb.

Az əvvəl Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, Böyük Britaniyanın "Defender” eskadra minadaşıyan gəmisinin Fiolent burnu rayonunda (red.Krım yarımadası) Rusiya sularına 3 kilometr daxil olub. Su-24M təyyarəsi "Defender”in hərəkət istiqamətinə xəbərdarlıq bombası atdıqdan sonra Britaniya gəmisi hərəkət istiqamətini dəyişib.

Böyük Britaniya Müdafiə Nazirliyi isə öz növbəsində Hərbi Dəniz Qüvvələrinə aid gəminin beynəlxalq hüquqa uyğun olaraq, Ukraynanın ərazi sularından dinc yolla keçdiyini, heç bir xəbərdarlıq atəşi açılmadığını iddia edir.

Selcan

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR