Logo

Ermənistanda müxalifət deputat mandatlarından imtina etsə nə baş verəcək? - Tiqran Mukuçyan izah etdi

Ermənistanda müxalifət deputat mandatlarından imtina etsə nə baş verəcək? - Tiqran Mukuçyan izah etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Deputat mandatları yalnız Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada mandat almalı olan partiyalar arasında bölüşdürülür. Başqa siyasi qüvvə onların əvəzinə mandat ala bilməz”.

Sfera.az-ın news.am-a istinadla məlumatına görə, Ermənistan Mərkəzi Seçki Komissiyasının rəhbəri Tiqran Mukuçyan bunu "Ermənistan" və "Şərəf duyuram" bloklarının mandatlarından imtina edəcəyi təqdirdə nə baş verəcəyi sualına cavab olaraq bildirib.

"Bütün müxalif qüvvələr millət vəkili mandatlarından imtina etsə, nə baş verər?” sualına isə Mukuçyanın cavabı belə olub: "Bu o deməkdir ki, heç kəs mandat almayacaq və parlamentdə   hazırkı qüvvələr qalacaq”.

O, bunun yeni növbədənkənar seçkilərə səbəb olub olmayacağı sualına cavab verməkdə çətinlik çəkib.

"Hazırkı  mərhələdə mandatlardan imtina institutumuz yoxdur. Əlbəttə, müxalifət nümayəndələri namizədliklərini geri çəkərək mandatlarından imtina edə bilər, bu halda mandat bölgüsündə iştirak edən partiyalar öz mandatlarını alacaq.”

Selcan

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR