Logo

Paşinyan təkbaşına hökumət qura biləcəkmi? - ŞƏRH

Paşinyan təkbaşına hökumət qura biləcəkmi? - ŞƏRH
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində ilkin nəticələr artıq məlumdur. Hesablamalara görə, keçmiş prezident Robert Köçəryanın "Ermənistan” bloku "Vətəndaş Müqaviləsindən” 3 dəfə az səs toplayıb.

Politoloq Əlimusa İbrahimov Sfera.az-a açıqlamasında deyib ki, bülletenlərin tam sayılmasından sonra nəticələrin Paşinyanın blokunun xeyrinə dəyişəcəyi proqnozlaşdırılır:

"Çünki Köçəryan qazandığı səslərin əsas hissəsini Ermənistan paytaxtı İrəvanın hesabına əldə edib. Paşinyanın "Vətəndaş Müqaviləsi” blokunun 60 faizdən artıq seçicinin səsini toplayacağı proqnozlaşdırılır və bu da təkbaşına hökumət qurmaq üçün ona kifayət edəcək. Belə olan halda, 20 faiz və bəlkə bir az da aşağı səs toplayacaq keçmiş prezident və Xocalı qatili Robert Köçəryanın  Baş Nazir kimi yenidən siyasi səhnəyə qayıtmaq arzusu alt-üst olur. Buna görə də o, "saman çöpündən” yapışmaqdan əl çəkməyərək seçkinin nəticələrini "olduqca şübhəli” hesab edir. Onun rəhbərlik etdiyi blok seçkidən sonra verdiyi bəyanatda bildirib: "Blokların topladığı səslər arasında ciddi fərqlər var və bu da son 8 ayda qarşılaşdığımız şərait, ictimai və beynəlxalq  rəylər və nəhayət sağlam məntiqlə ziddiyət təşkil edir””.

Müsahibimizin sözlərinə görə, bəyanat o anlama gəlir ki, seçkilər ciddi qanun pozuntuları baş verib- verməməsindən asılı olmayaraq, Köçəryan nəticələrlə barışmaq fikrində deyil:

"Elə buna görə də əldə olunan fakta deyil , mifik təfəkkürə əsaslanır. Eyni zamanda Köçəryanın çabalarını da başa düşmək mümkündür. Bu seçkidə yalnız  Baş Nazir kürsüsünə sahib olmaq onu və ətrafına toplaşdığı qəddar Qarabağ erməni klanını  Paşinyanın qəzəbindən qurtara bilərdi. Seçkidə uduzmaq onu siyasi səhnəyə qaytaran yolun tamamilə bağlanması deməkdir. Təbii ki, bununla barışmaq heç də asan olmayacaq”.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR