Logo

UEFA-dan Ronaldonun hərəkətinə REAKSİYA

UEFA-dan Ronaldonun hərəkətinə REAKSİYA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
UEFA futbolçulardan rəsmi konfranslar zamanı sponsorların içki şüşələrinə toxunmamağı tələb edib.

Sfera.az xəbər verir ki, UEFA-nın tədbirlərin təşkili üzrə direktoru Martin Kallen müvafiq tələbin AVRO-2020 komandalarının məşqçi və futbolçu heyətlərinə çatdırıldığını bildirib.

O qeyd edib ki, sponsorların gəlirləri turnir və bütövlükdə Avropa futbolu üçün vacibdir.

Xatırladaq ki, Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo mətbuat konfransı zamanı masa üzərindəki "Coca-cola” şüşələrini kənara çəkib. O, həmçinin insanları "Coca-cola" içməməyə, adi su içməyə çağırıb.

Daha sonra Fransa seçməsinin üzvü Pol Poqba və İtaliya yığmasının yarımmüdafiəçisi Manuel Lokatelli də buna bənzər hərəkətlər ediblər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR