Logo

Rəsul Quliyev Köçəryanın fikirlərini ağılsız insanın sayıqlaması adlandırdı

Rəsul Quliyev Köçəryanın fikirlərini ağılsız insanın sayıqlaması adlandırdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Köçəryanın "Azərbaycana qalib gələ biləcək ordu yaratmaq”la bağlı səsləndirdiyi bəyanatları ağılsız insanın sayaqlamasından başqa bir şey adlandırmaq mümkün deyil”.

Sfera.az-ın məlumatına görə, bunu Azərbaycan parlamentinin eks-spikeeri Rəsul Quliyev deyib. O bildirib ki, güclü ordu yaratmaq istəyən insan ilk növbədə düşmən saydığı ölkənin imkanlarını analiz etməlidir:

"Azərbaycanın iqtisadi imkanları Ermənistandan ən azı 5-8 dəfə artıqdır. Ölkəmizdə ordu üçün çağrıla biləcək əsgər və zabitlərin sayı oradan ən azı 4 dəfə çoxdur. Eyni zamanda müharibəni udmağın həlledici faktorunu göstərmək olar, hansı ki, azərbaycanlı zabitlərini təhsili Azərbaycan və Türkiyə hərbi akademiyalarında NATO proqramı ilə həyata keçirilir. İrəliləyən zamanlarda da hərbçilərimizin bir qismini İsrail hərbi məktəblərində də oxutmaq imkanı var. Bütün bunların qarşısında Ermənistanın hərbi hazırlığı ancaq bir ölkənin, yəni Rusiya Federasiyasının təşkilatçılığı ilə baş tuta bilər. Azərbaycan aldığı silah-sursatı təkmilləşdirmək imkanına malikdir, Ermənistan isə yox! ".
 

R.Quliyev bildirib ki,  Rusiya sülhməramlılarının Azərbaycanda olmasını dəstəkləməyən ABŞ onların Qarabağdan çıxarılmasında hər 3 ölkəni - Azərbaycan, Ermənistan və Türkiyəni dəstəkləyəcək:

"Bu gün faktiki Ermənistanın inkişaf edə biləcək gələcəyi Azərbaycanla hərtərəfli müqavilə bağlamasından, Azərbaycanın ərazi bütövlüyünü tanımasından və Türkiyə ilə əlaqələrin bərpa edilməsindən asılıdır. Bunu anlamayan siyasətçinin Ermənistanda hakimiyyətə gəlməsi əminəm ki, Ermənistan adlı dövlətin tarixin arxivlərində yaşaması ilə nəticələnə bilər. Ermənistan bir şeyi də anlamalıdır: "Əgər düşmənin sənin torpaqlarını işğal etməsini istəmirsənsə, həmişə hücuma hazır ol!” müharibə nəzəriyyəsini Azərbaycan bütün dərinliyi ilə artıq çoxdan mənimsəyib. Əminəm ki, Azərbaycanın Türkiyə ilə bağlayacağı sazişlər bir çox qızmış başların üzərinə soyuq su tökmüş olacaq”.

Günay Rəsulqızı
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR