“Pensiyası kəsilənlərin hər birinə alternativ qazanc yeri təklif etmək lazımdır” – Razi Nurullayev
Kateqoriya məlum deyil
"Ən azı 17 min
insanın pensiyası dayandırılıb və bu artan xətt üzrə gedərək sosial narazılığı
daha da gücləndirəcək".
"Tələb-təklif doğurur. Şəffaflığı anladıq, amma anlamadığım bu pensiyası kəsilən insanların sonrakı dolanşığıdır. Necə yaşayacaqlar? El dilində deyə bilmərik ki "canın çıxardı, gözün də ovcuna düşərdi”, rüşvətlə pensiya düzəltməzdin. Adam öldürən cinayətkarı belə çölə atmırıq axı. İsti yorğan-döşək, gündə 3 dəfə isti yemək və digər xidmətlər.
Yaxşı, biz insanların ucdantutma pensiyasını dayandırırıq və əvəzində nə təklif edirik? Bu adam 5-10 il belə yaşayıb və düzənini qurub. Gəliri kəsilən kimi dönüb olur lüt. Buna sevinəkmi? Sevinək ki, yüz minə yaxın insan özünə yeni qazanc yeri tapana kimi lüt qalacaq?”.
Millət vəkili deyib ki, kəsib atmaq asandır, tikmək isə çətin:
"Onun üçün də pensiyası kəsilənlərin hər birinə alternativ qazanc yeri olan iş təklif etmək vacibdir. Vacib deyil, zərurətdir. Özümüzü onların yerinə qoyaq, heç bir dəqiqə onların yerində olmaq istəmərik".
Günay Rəsulqızı
Sfera.az
Sfera.az bildirir ki, bunu Milli Məclisin deputatı Razi Nurullayev deyib. O bildirib ki, 17 min insan ailə üzvləri ilə birlikdə 50-60 min insan deməkdir və saxta yollarla pensiya almaları onların günahı deyil: