AÇ: Türkiyə millisi İtaliyaya məğlub oldu - YENİLƏNDİ
Sfera.az xəbər verir ki, Romadakı "Olimpiko” stadionunda keçirilən görüşü Niderland Futbol İttifaqından Denni Makkeli idarə edir.
Qeyd edək ki, "ay-ulduzlular” A qrupundakı son iki matçını Bakıda keçirəcək. Bakı Olimpiya Stadionu İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.
***
Oyunun 52-ci dəqiqəsində İtaliya millisi hesabı açıb.
Berardinin cinahdan ötürdüyü top Türkiyə millisinin müdafiəçisi Merih Demirala dəyərək qapıya daxil olub.
***
66-cı dəqiqədə Ciro İmmobile ikinci qolu Türkiyə millisinin qapısından keçirib.
***
79-cu dəqiqədə İnsinye 3-cü qolu Türkiyə millisinin qapısından keçirib: 3-0.
***
Avropa çempionatının açılış matçında Türkiyə seçməsi İtaliya yığmasına 3-0 məğlub oldu.






